"Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Lotereyalar haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.3. "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə
məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə
birgə Azərbaycan Respublikasında bütün növ lotereyaların (stimullaşdırıcı
lotereyalar istisna olmaqla) buraxılışı, təşkili və keçirilməsi fəaliyyətindən
əldə olunan gəlirlərin səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. Öz səlahiyyətləri daxilində "Lotereyalar haqqında" Azərbaycan Respublikası
Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun
2.0.5-ci, 3.2-ci, 3.3-cü, 4.6-cı, 4.8-ci, 5.4-cü, 5.7-ci, 5.8-ci, 7.2-ci, 7.4-cü,
7.9-cu, 8.1-ci, 8.2-ci, 8.4-cü, 8.5-ci, 8.6-cı, 8.7-ci, 8.8-ci, 8.9-cu, 9.1-ci,
9.2-ci, 9.3-cü, 9.4-cü, 9.8-ci, 10.1.7-ci, 11.0.1-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata
keçirir.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi öz səlahiyyətləri daxilində "Lotereyalar haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar zəruri olan tədbirlər görsün.
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 may 2004-cü il
"Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikasında lotereyaların təşkili və keçirilməsinin
qaydalarını, lotereyaların təşkilatçılarının və iştirakçılarının hüquq və
vəzifələrini müəyyən edir.
Maddə 1. Lotereyalar haqqında qanunvericilik Lotereyalar haqqında qanunvericilik
Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki
Məcəlləsindən, bu qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdarçıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 2. Bu qanunda istifadə olunan əsas anlayışlar:
2.0.Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. lotereya -lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin (onlara
bərabər tutulan digər məlumat daşıyıcılarının) yayılması, lotereya iştirakçıları
arasında uduş fondunun oynanılmasıvə uduşlu lotereya biletlərinin (onlara
bərabər tutulan digər məlumat daşıyıcılarının) sahiblərinə uduşların verilməsi (ödənilməsi)
yolu ilə keçirilən kütləvi oyun;
2.0.2. stimullaşdırıcı lotereya - malın (işin, xidmətin) satışını
stimullaşdırmaq məqsədiləhəmin malı (işi, xidməti) almış şəxslər arasında
keçirilən lotereya forması;
2.0.3. tirajlılotereya - uduş fondu əvvəlcədən təyin edilmiş vaxtda oynanılan
lotereyanın keçirilməsi forması;
2.0.4. ani lotereya uduşu - lotereyanın iştirakçısı tərəfindən lotereyada
iştirak hüququnu təsbit edən lotereya bileti əldəetdikdən dərhal sonra digər
lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi
forması;
2.0.5. məqsədli lotereya - müvafiq icra hakimiyyəti orqanının qərarıilə dövlət
əhəmiyyətli layihənin maliyyələşdirilməsi məqsədi ilə keçirilən lotereya
forması;
2.0.6. uduş fondu - lotereyanın şərtlərinəuyğun lotereyada oynanılan və uduşlar
şəklindəverilməsi (ödənilməsi) nəzərdə tutulan pul vəsaitlərinin, digər əmlakın
(əşyanın) və xidmətlərin (işlərin) məcmusu (dəyəri);
2.0.7. uduş fondunun oynanılması - lotereyanın şərtlərinəuyğun, lotereya
biletinin uduşlu olub-olmamasının təsadüf prinsipi əsasında müəyyənləşdirildiyi
vəuduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnun yarandığı proses;
2.0.8. uduş - uduşfondunun konkret lotereya biletinə düşən hissəsi;
2.0.9. lotereya bileti - lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda
uduş fondunun müəyyən hissəsinəmülkiyyət hüququnu təsdiq edən sənəd;
2.0.10. lotereya təşkilatçısı - öz adından və ya digər şəxsin tapşırığı
iləlotereyanı təşkil edən və keçirən hüquqi şəxs;
2.0.11. lotereya iştirakçısı- lotereyada iştirak edən lotereya biletinin (ona
bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi;
2.0.12. stimullaşdırıcı lotereyanın obyekti - satışı stimullaşdırıcı lotereya
iləmüşaiyət olunan mal (iş, xidmət);
2.0.13. tiraj komissiyası - tirajlı lotereyada uduş fondunun oynanılmasının
lotereyanın şərtlərinəuyğun keçirilməsinə nəzarət edən vəonun nəticələrini
rəsmiləşdirən fizikişəxslər qrupu;
2.0.14. lotereyanın şərtləri - lotereya təşkilatçısı tərəfindən tərtib edilmiş,
lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatları əks edən rəsmi sənəd.
Maddə 3. Lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət
tənzimlənməsi:
3.1. Azərbaycan Respublikasında lotereyalar əhalinin sosial-maddi rifahının
yüksəldilməsi və dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, dövlət
büdcəsinə daxilolmaların artırılması, malların (işlərin, xidmətlərin) satışını
stimullaşdırmaq məqsədi iləkeçirilir.
3.2. Lotereyaların təşkili vəkeçirilməsi sahəsində münasibətlərin dövlət
tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı
vasitələrlətəmin edilir:
3.2.1. lotereyaların təşkilində vəkeçirilməsində iştirak edən hüquqi vəfiziki
şəxslər üçün icrası məcburi olan normativ hüquqi aktların qəbul edilməsi;
3.2.2. lotereyaların təsnifatlaşdırılması;
3.2.3. lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatı
qaydalarının müəyyən edilməsi və onların qeydiyyatının aparılması;
3.2.4. lotereyaların təşkilinə vəkeçirilməsinə nəzarətin həyata keçirilməsi;
3.2.5. lotereyaların təşkili və keçirilməsi ilə əlaqədar açıqlanmalı olan
məlumatların vəonların açıqlanması qaydalarının müəyyən edilməsi;
3.2.6. lotereya iştirakçılarının hüquqlarının təmin edilməsi;
3.2.7. lotereya təşkilatçısıtərəfindən lotereyalar haqqında qanunvericiliyin
tələbləri pozulduqda lotereya təşkilatçısına xəbərdarlıq edilməsi və ya
lotereyanın keçirilməsinin dayandırılması;
3.2.8. lotereyanın keçirilməsinəxitam verilməsi haqqında iddia ilə
məhkəməyəmüraciət edilməsi;
3.2.9. lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla)
keçirilməsindən əldə olunmuş vəsaitin məqsədyönlüistifadəsinə nəzarət edilməsi;
3.2.10. lotereyalar haqqında qanunvericiliklə müəyyən olunmuş digər funksiyalar.
3.3. Azərbaycan Respublikasında lotereyaların (stimullaşdırıcı lotereyalar
istisna olmaqla) təşkilini və keçirilməsini yalnız müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmişlotereya təşkilatçısı həyata keçirir.
Maddə 4. Lotereyanın şərtləri:
4.1.Lotereyanınşərtlərində aşağıdakılar göstərilir:
4.1.1. lotereya təşkilatçısı haqqında məlumat;
4.1.2. lotereyanın adı və keçirilmə forması;
4.1.3. lotereyanın keçirilməsi müddəti;
4.1.4. lotereyanın keçirildiyi ərazi;
4.1.5. lotereya biletləri (onlara bərabər tutulan digər məlumat daşıyıcıları) və
onların əldəedilməsi qaydaları haqqında məlumat;
4.1.6. lotereyanın uduş fondu haqqında məlumat;
4.1.7. lotereyanın uduşfondunun oynanılması qaydaları haqqında məlumat;
4.1.8. uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat
daşıyıcılarının) lotereya təşkilatçısıtərəfindən qəbulu və uduşların verilməsi (ödənilməsi)
müddəti və qaydasıhaqqında məlumat.
4.2. Tirajlı lotereyanın (stimullaşdırıcı lotereyalar istisna olmaqla)
şərtlərindəlotereyanın uduş fondunun məbləğinin satılmış lotereya biletlərinin
miqdarından asılı olaraq müəyyən edilməsi və ya uduş fondunun təsbit edilmiş
məbləği göstərilməlidir. Uduş fondunun məbləği satılmış lotereya biletlərinin
miqdarından asılı olaraq müəyyənləşdirildikdə, uduş fondunun satılmış lotereya
biletlərininümumi məbləğinə faiz nisbəti göstərilməlidir. Lotereyanın
şərtlərində lotereyanın uduşfondunun ümumi məbləği göstərildiyi halda, hər
uduşun adı, miqdarı və dəyəri (qiyməti) göstərilməlidir.
4.3. Lotereyanın şərtlərindənəzərdə tutulduğu halda lotereya iştirakçısının
tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə
yol verilir.
4.4. Tirajlılotereyanın təşkilatçısı uduş fonduna daxil edilmiş malların,
stimullaşdırıcılotereyanın təşkilatçısı isə lotereya obyektinin keyfiyyətinə
görə cavabdehdir.
4.5. Stimullaşdırıcı lotereyada iştirak etməküçün lotereya obyektinin
qiymətindən əlavəhaqqın alınmasına yol verilmir.
4.6. Məqsədli lotereyanın şərtlərində lotereyanın keçirilməsi barədə müvafiq
icra hakimiyyəti orqanının qərarı və maliyyələşdirilən dövlət əhəmiyyətli layihə
haqqında məlumat verilməlidir. Lotereya təşkilatçısıqanunvericiliyə zidd olmayan
digər məlumatlarılotereyanın şərtlərinə daxil edə bilər.
4.7. Lotereya təşkilatçısı lotereyanın şərtlərini kütləvi informasiya vasitələri
ilə elan etməlidir.
4.8. Lotereyanın şərtlərinə əlavə və dəyişikliklərin edilməsinə qanunvericiliklə
müəyyənləşdirilmişqaydada müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə yol
verilir.
4.9. Lotereyanın şərtlərinə əlavəvə dəyişikliklər uduş fondunun
oynanılmasıtarixinə azı 10 (on) iş günü qalana qədər edilə bilər.
4.10. Lotereyanın şərtlərinəlotereya iştirakçılarının hüquqlarınıməhdudlaşdıran,
lotereyanın formasının dəyişilməsinətəsir göstərən, uduş fondunun tərkibini
dəyişənvə ya onun həcmini azaldan əlavə və dəyişikliklər edilə bilməz.
4.11. Lotereya təşkilatçısılotereyanın şərtlərinə edilmiş əlavələr və (və ya)
dəyişikliklər haqqında məlumatıuduş fondunun oynanılması tarixinə azı 7 (yeddi)
iş günü qalmış kütləvi informasiya vasitələri ilə elan etməlidir.
Maddə 5. Tiraj komissiyası:
5.1. Tiraj komissiyası lotereya təşkilatçısı tərəfindən yaradılır və tirajlı
lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata
keçirir.
5.2. Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək
sayda yaradılır. Lotereya təşkilatçısının vəzifəli şəxsləri, onların ailə
üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər,
onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların
bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları,
valideynlərin bacıları vəqardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər),
həmçinin stimullaşdırıcı lotereya obyektinin satıcısı(o, stimullaşdırıcı
lotereyanın təşkilatçısıolduğu halda) tiraj komissiyasının üzvü ola bilməz.
5.3. Lotereya təşkilatçısı tiraj komissiyasının ən azı bir üzvünü kütləvi
informasiya vasitələrinin və ya ictimai təşkilatların nümayəndələrindən təyin
edir.
5.4. Lotereya təşkilatçısıuduş fondunun oynanılmasına azı 3 (üç) işgünü qalmış
tiraj komissiyasının üzvləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanına
təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı tiraj komissiyası
qanunvericiliyin tələbləri pozulmaqla yaradıldıqda tiraj komissiyasının
tərkibinədəyişikliklərin edilməsi barədə lotereya təşkilatçısına icrası məcburi
olan göstəriş verir.
5.5. Tirajkomissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs
çoxluğu iləseçilir.
5.6. Tiraj komissiyasının qərarları adi səsçoxluğu ilə qəbul edilir. Qərar qəbul
edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.
5.7. Tirajlı lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj
komissiyasınınüzvləri tərəfindən imzalanan aktla təsdiq olunur. Uduş fondunun
oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə bu, uduş
fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edilir. Tiraj komissiyası
aşkar olunmuş pozuntular barədə3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti
orqanına və lotereya təşkilatçısına məlumat verir.
5.8. Bu qanunun 5.7 -ci maddəsində göstərilən məlumatı aldıqda lotereya
təşkilatçısımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul
edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırır.
Maddə 6. Lotereyanın uduş fondu:
6.1. Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış
formalaşdırılır.
6.2. Uduş fondu yalnız lotereya iştirakçılarıqarşısındakı öhdəliklərin
yerinəyetirilməsi məqsədlərinə istifadə oluna bilər.
6.3. Tirajlı lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) uduş
fondunun minimum həcmi, lotereyanın şərtlərindən asılı olaraq, müvafiq tiraj
üzrəburaxılmış, yaxud satılmış lotereya biletlərininümumi məbləğinin 50%-dən az
və 80%-dənçox ola bilməz.
6.4. Uduş fondu satılmışlotereya biletlərinin məbləğindən asılıolaraq müəyyən
edildikdə, bir tirajın uduşfondunun oynanılmamış hissəsi lotereyanın
şərtlərindəgöstərildiyi qaydada növbəti tirajda oynanıla bilər.
6.5. Ani lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) uduş fondunun
həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dan az və80%-dan çox
olmamalıdır.
6.6. Lotereya təşkilatçısıuduşlu lotereya biletlərini lotereyanın
şərtlərindəgöstərilmiş qəbul müddəti ərzindəlotereya iştirakçılarının ilk tələbi
iləqəbul edir.
6.7. Tirajlı lotereyada uduşlu lotereya biletinin lotereya təşkilatçısı
tərəfindən qəbulu müddəti həmin tiraj üzrə uduş fondu oynanıldığı tarixdən
etibarən 7 (yeddi) işgünündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən
az olmamalıdır.
6.8. Ani lotereyadauduşlu lotereya biletinin lotereya təşkilatçısıtərəfindən
qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlamalı və
lotereyanın keçirilməsi başaçatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam
etməlidir. Ani lotereyanın başaçatması barədə məlumatın lotereya
təşkilatçısıtərəfindən elan edildiyi tarix ani lotereyanın keçirilməsinin başa
çatdığı tarix hesab olunur.
6.9. Uduş lotereya təşkilatçısı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi
tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidlir).
Maddə 7. Lotereya biletlərinə dair tələblər:
7.1. Lotereya biletinin üzərində(stimullaşdırıcı lotereyalarda istifadə olunan
lotereya biletləri istisna olmaqla) aşağıdakı məlumatlarəks olunmalıdır:
7.1.1. lotereya təşkilatçısının adı;
7.1.2. lotereyanın adı və keçirilməforması;
7.1.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;
7.1.4. uduş fondunun oynanılmasının tarixi (ani lotereya istisna olmaqla;
7.1.5. lotereya biletinin və ya bir variantın qiyməti;
7.1.6. lotereyanın uduş fondu haqqında məlumat;
7.1.7. lotereyanın uduş fondunun oynanılması şərtləri haqqında məlumat;
7.1.8. uduşların verilməsi (ödənilməsi)üçün uduşlu lotereya biletlərinin
lotereya təşkilatçısıtərəfindən qəbul müddəti vəuduşların verilməsi (ödənilməsi)
qaydalarıhaqqında məlumat;
7.1.9. lotereya biletlərini çap edən müəssisə haqqında məlumat;
7.1.10. lotereyanın qeydiyyata alınması haqqında məlumat.
7.2. Lotereya biletlərinin hazırlanmasına dair digər tələblər qanunvericiliklə
nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
7.3. Lotereya biletləri bütün növ qiymətli kağız blanklarının hazırlanması
vəsatışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış müəssisələr tərəfindən
hazırlanmalıdır.
7.4. Digər formada məlumat daşıyıcıları olan lotereya biletlərinin
istifadəqaydaları və onların rekvizitləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
7.5. Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya
biletləri iştirak edir.
7.6. Lotereya təşkilatçısısatılmamış lotereya biletlərinin (stimullaşdırıcı
lotereyada istifadə olunan lotereya biletləri istisna olunmaqla) satıcıdan
qəbulunu uduşfondunun oynanılmasına ən azı 2 (iki) saat qalmışbaşa çatdırmalıdır.
Bu müddət bitdikdən sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab
olunur.
7.7. Uduşu ödənilmişlotereya biletləri lotereya təşkilatçısı tərəfindən 3 (üç)
il ərzində saxlanılır.
7.8. Satılmamışvə geri qaytarılmış lotereya biletləri lotereya təşkilatçısının
yaratdığı müvafiq komissiya tərəfindən məhv edilir.
7.9. Uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış lotereya biletlərinin
satıcılardan geri alınması və məhv edilməsi qaydalarımüvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 8. Lotereyaların qeydiyyatı:
8.1. Lotereya iştirakçılarının hüquqlarının müdafiəsi, lotereyaların təşkilinəvə
keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə müvafiq icra
hakimiyyəti orqanı Azərbaycan Respublikasında keçirilən lotereyaların (stimullaşdırıcı
lotereyalar istisna olmaqla) qeydiyyatını həyata keçirir.
8.2. Lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması
üçün lotereya təşkilatçısılotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi)
iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim
etməlidir:
8.2.1. lotereyanın qeydiyyata alınması üçün ərizə. Ərizədə lotereya
təşkilatçısının adı, olduğu yer, lotereyanın adı və keçirilməsi forması
göstərilməlidir;
8.2.2. lotereyanın şərtləri;
8.2.3. lotereyada istifadə olunacaq lotereya biletinin nümunəsi;
8.2.4. lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin
notarial qaydada təsdiq olunmuş surəti;
8.2.5. lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota
alınmasıhaqqında sənədin surəti.
8.3. Bu qanunun 8.2.4-cü və8.2.5-ci maddələrində göstərilən sənədlərin surəti
lotereya təşkilatçısı tərəfindən keçirilən sonrakı lotereyaların qeydiyyata
alınması üçün tələb olunmur.
8.4. Stimullaşdırıcı lotereyanın təşkilatçısılotereyanın keçirilməsinin
başlanmasına azı 20 (iyirmi) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına
aşağıdakı sənədləri təqdim etməlidir:
8.4.1. stimullaşdırıcı lotereyanıkeçirmək niyyətində olduğu barədəbildiriş.
Bildirişdə lotereya təşkilatçısının adı, olduğu yer, lotereyanın adı və
növügöstərilməlidir;
8.4.2. stimullaşdırıcılotereyanın şərtləri;
8.4.3. stimullaşdırıcı lotereyada istifadə olunacaq lotereya biletinin (məlumat
daşıyıcısının) nümunəsi;
8.4.4. stimullaşdırıcı lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında
şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
8.4.5. stimullaşdırıcı lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota
alınmasıhaqqında sənədin surəti;
8.4.6. stimullaşdırıcılotereya tapşırıq müqaviləsinə əsasən keçirildiyi halda
həmin müqavilənin lotereyanın keçirilməsini tapşıran şəxs tərəfindən təsdiq
edilmiş surəti.
8.5. Lotereya təşkilatçısımüvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi
sənədlərdəolan məlumatların tamlığına vədüzgünlüyünə görə qanunvericiliyəuyğun
olaraq məsuliyyət daşıyır.
8.6. Müvafiq icra hakimiyyəti orqanı lotereya şərtlərindəgöstərilən müddəaların
aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini,
habelə təsdiq olunmuş digər sənədlərdə aşkar edilmişnöqsanların aradan
qaldırılmasını, onlar təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş
günümüddətində lotereya təşkilatçsından tələb edə bilər.
8.7. Bu qanunun 8.2-ci maddəsində göstərilən sənədlər müvafiq icra hakimiyyəti
orqanına təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq
o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə qərar qəbul edib,
bu barədəlotereya təşkilatçısına məlumat təqdim etməlidir.
8.8. Bu qanunun 8.4-cü maddəsində göstərilən sənədlər müvafiq icra hakimiyyəti
orqanına təqdim edildiyi tarixdən 15 (on beş) iş günündən gec olmayaraq o,
stimullaşdırıcı lotereyanın keçirilməsini qadağan edə bilər. Bu müddət
ərzindəstrimullaşdırıcı lotereyanın keçirilməsi qadağan olunmadıqda, lotereya
təşkilatçısılotereyanı keçirmək hüququnu əldə edir.
8.9. Müvafiq icra hakimiyyəti orqanıaşağıdakı əsaslarla lotereyanın qeydiyyata
alınmasından imtina edə bilər və ya stimullaşdırıcı lotereyanın keçirilməsini
qadağan edə bilər:
8.9.1. bu qanunun 8.2-ci və 8.4-cümaddələrində göstərilən sənədlərtam şəkildə
təqdim edilmədikdə;
8.9.2. təqdim olunan sənədlərə lotereyalar haqqında qanunvericiliyin tələblərinə
cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar
daxil edildikdə;
8.9.3. stimullaşdırıcı lotereyanın təşkilatçısı, onun tərəfindən keçirilən
lotereyanın dayandırılması zamanı yeni lotereyanın keçirilməsi ilə bağlı
müraciət etdikdə;
8.9.4. lotereya təşkilatçısının stimullaşdırıcı lotereyanın keçirilməsinəməhkəmə
tərəfindən xitam verildiyi tarixdən 6 (altı) aydan az vaxt keçdikdə.
8.10. Lotereya təşkilatçısılotereyanın keçirilməsinin qadağan edilməsindən
məhkəmə qaydasında şıkayət edə bilər.
8.11. Keçirilməsi qadağan edilmişstimullaşdırıcı lotereyaların və qeydiyyata
alınmamış digər lotereyaların keçirilməsinəvə reklamına yol verilmir.
Maddə 9. Lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi:
9.1. Bu qanunun və digər müvafiq normativ hüquqi aktların tələblərinin və ya
lotereyanın şərtlərinin lotereya təşkilatçısıtərəfindən pozulması aşkar
edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin pozuntuların aradan qaldırılması
üçün ona xəbərdarlıq edə bilər və ya lotereyanın dayandırılmasıbarədə qərar
qəbul edə bilər. Lotereya təşkilatçısıxəbərdarlıq və ya lotereyanın
dayandırılması barədə bildirişaldığı tarixdən etibarən 20 (iyirmi) işgünü
ərzində aşkar edilmiş pozuntularıaradan qaldırmalı və bu barədə müvafiq icra
hakimiyyəti orqanına məlumat verməlidir.
9.2. Müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılması barədə
lotereya təşkilatçısından məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq
lotereyanın bərpa edilməsi və ya aradan qaldırılmamış pozuntular göstərilməklə,
lotereyanın dayandırılmasının qüvvədəsaxlanılması barədə lotereya təşkilatçısına
yazılı bildiriş göndərir.
9.3. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı əsaslarla lotereyanın
keçirilməsinə xitam verə bilər:
9.3.1. lotereya təşkilatçısı lotereyanın keçirilməsinə xitam verilməsi barədə
ərizəilə müraciət etdikdə;
9.3.2. lotereya təşkilatçısıləğv edildikdə;
9.3.3. məhkəmənin qərarı olduqda.
9.4. Lotereya təşkilatçısı aşkar olunmuş pozuntuları bu qanunun 9.1-ci
maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda və ya bu barədəməlumatı
təqdim etmədikdə, müvafiq icra hakimiyyəti orqanı lotereyanın keçirilməsinə
xitam verilməsi barədə məhkəmədə vəsatət qaldıra bilər.
9.5. Stimullaşdırıcı lotereyanın təşkilatçısıstimullaşdırıcı lotereyanın
keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul
edilməsi barədə bildirişaldıqda, bu barədə məlumatı kütləvi informasiya
vasitələri ilə elan etməlidir. Bu zaman stimullaşdırıcı lotereyada iştirak
etməküçün istənilən formada təkliflərin edilməsi qadağandır.
9.6. Lotereya təşkilatçısılotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla)
dayandırılması və ya ona xitam verilməsi haqqında məhkəmə qərarının qəbul
edilməsi barədəbildiriş aldıqda, lotereyanın uduş fondunun oynanılmasında
iştirak etməmiş lotereya biletlərinin yığılmasını və onların dəyərini lotereya
biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir.
9.7. Lotereyanın dayandırılması və ya onun keçirilməsinəxitam verilməsi lotereya
təşkilatçısınıuduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
9.8. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə bu qanunun 9.3.1-ci və
9.3.2-ci maddələrindənəzərdə tutulmuş hallarda xitam verilməsi, həmçinin bu
halda lotereya iştirakçılarının tələblərininödənilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə10. Lotereya təşkilatçısının vəzifələri:
10.1. Lotereya təşkilatçısının lotereyaların təşkili və keçirilməsi
sahəsindəaşağıdakı vəzifələri vardır:
10.1.1. lotereyanın qanunvericiliyə uyğun təşkilini vəkeçirilməsini təmin etmək;
10.1.2. qeydiyyata alınmış lotereyanın şərtlərini vəonlara edilmiş əlavələri və
dəyişiklikləri kütləvi informasiya vasitələri ilə elan etmək;
10.1.3. uduş fondu oynanıldıqdan sonra (ani lotereya istisna olmaqla) 5 (beş) iş
günü ərzində uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və
ya) seriyaları barədəməlumatı kütləvi informasiya vasitələrindəelan etmək;
10.1.4. lotereyanın dayandırılması, onun keçirilməsinə xitam verilməsi və ani
lotereyanın başa çatması barədə məlumatlarıkütləvi informasiya vasitətələri ilə
elan etmək;
10.1.5. lotereya iştirakçısının tələbi iləlotereyanın şərtlərinə daxil olunmuş
məlumatlarıona təqdim etmək;
10.1.6. lotereya biletləri üzrəuduşların verilməsini (ödənilməsini) təmin etmək;
10.1.7. lotereyanın təşkili və keçirilməsi ilə bağlı hesabatları müvafiq icra
hakimiyyəti orqanına təqdim etmək;
10.1.8. lotereyanın şərtlərindənəzərdə tutulduğu halda lotereya iştirakçısının
tələbi ilə qeyri-pul uduşunun dəyərinin pul ekvivalentini ödəmək;
10.1.9. lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) keçirilməsi
dayandırıldıqda və ya xitam verildikdə lotereyanın uduş fondunun oynanılmasında
iştirak etməmiş lotereya biletlərinin yığılmasını və onların dəyərinin lotereya
biletlərinin sahiblərinə ödənilməsini təmin etmək;
10.1.10. qanunvericilikdə nəzərdə tutulmuşdigər vəzifələri.
10.2. Lotereya təşkilatçısılotereyanın şərtlərində göstərilən müddət ərzində
uduşların verilməsi (ödənilməsi)üçün uduşlu lotereya biletlərinin qəbulunu
lotereya iştirakçısının ilk tələbi ilətəmin etməlidir.
Maddə 11. Lotereya iştirakçılarının hüquqları
11.0. Lotereya iştirakçısı aşağıdakı hüquqlara malikdir:
11.0.1. Lotereyada hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə
şikayətləmüvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyəmüraciət etmək;
11.0.2. lotereyanın şərtlərindənəzərdə tutulduğu halda uduşların ödənilməsi
zamanı qeyri-pul uduşlarının əvəzinəonların pul ekvivalentinin ödənilməsini
lotereya təşkilatçısından tələb etmək;
11.0.3. lotereya barədə bu qanunla müəyyən edilmiş qaydada məlumat almaq.
11.0.4.qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara.
Maddə 12. Məsuliyyət Lotereya təşkilatçılarıvə onların vəzifəli şəxsləri bu
qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyətdaşıyırlar
İLHAM ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2004-cü il
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi
Maddə 1. Səhmdar cəmiyyətininadı
və hüquqi ünvanı
1.1.Səhmdar cəmiyyətinin (bundan sonra-Cəmiyyət) tam rəsmi adı-“Azərlotereya”
Açıq Səhmdar Cəmiyyəti. Cəmiyyətin qısaldılmış adı –“Azərlotereya”ASC.
1.2. Cəmiyyətin hüquqi ünvanı- Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 83/23
Maddə 2. Cəmiyyətin hüquqi statusu
2.1. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23noyabr tarixli
599 nömrəli Fərmanına əsasən yaradılmışdır.
2.2. Cəmiyyətin təsisçisi Azərbaycan Respublikasının İqtisadi
İnkişafNazirliyidir.
2.3. Cəmiyyət dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunamalik
olur. Cəmiyyətin üzərində öz adı yazılmış möhürü, firma nişanı(rəmzi), bankda
manatla və xarici valyuta ilə hesablaşma və digərhesabları vardır.
2.4. Cəmiyyət məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.
2.5. Cəmiyyət öz fəaliyyətində Azərbaycan RespublikasınınKonstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını, AzərbaycanRespublikası Prezidentinin
fərman və sərəncamlarını, AzərbaycanRespublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digərnormativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
Maddə 3. Cəmiyyətin məqsədi və fəaliyyətinin predmeti
3.1. Cəmiyyətin əsas vəzifəsi bütün növ lotereyaların (malların satışıvə (və ya)
xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalaristisna olmaqla)
buraxılması, təşkili və keçirilməsi fəaliyyətindənibarətdir.
3.2. Cəmiyyət əsas vəzifəsinə uyğun olaraq aşağıdakıları həyatakeçirmək hüququna
malikdir:
- müqavilələr və digər əqdlər bağlamaq, onları icra etmək;
- müxtəlif tədbirlər təşkil etmək və təşkil olunan tədbirlərdə iştiraketmək;
- dövlət və ictimai orqanlar, hüquqi və fiziki şəxslərlə əməkdaşlıqetmək;
- bütün növ lotereyaların (malların satışı və (və ya) xidmətləringöstərilməsi
ilə müşayiət olunan lotereyalar istisna olmaqla)buraxılması, təşkili və
keçirilməsi ilə əlaqədar beynəlxalq miqyasdakeçirilən tədbirlərdə iştirak etmək,
xarici dövlətlərin aidiyyatıorqanları ilə əməkdaşlıq etmək.
3.3. Cəmiyyət əsas vəzifəsinin təmin edilməsi məqsədi iləqanunvericiliklə
qadağan olunmayan digər fəaliyyət növlərini həyatakeçirə bilər.
Maddə 4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı
4.1. Cəmiyyətin nizamnamə kapitalı yerləşdirilmiş adi adlı sənədsizsəhmlərinin
nominal dəyərinin məcmusundan ibarətdir.
4.2. Cəmiyyətin nizamnamə kapitalı 20 000 (iyirmi min) AZN və ya 10 000 (on min)
adi adlı sənədsiz səhmdir.
4.3. Cəmiyyətin bir səhminin nominal dəyəri 2 (iki) AZN-dir.
4.4. Cəmiyyətin nizamnamə kapitalı əlavə səhmlərin buraxılması,konversiya borcu
istiqrazlarının əlavə səhmlərə dəyişdirilməsi vəsəhmlərin nominal dəyərinin
artırılması yolu ilə artırıla bilər.
4.5. Cəmiyyətin nizamnamə kapitalı səhmlərin nominal dəyərlərininazaldılması və
Cəmiyyətin səhmlərinin ümumi sayını azaltmaq məqsədi iləyerləşdirilmiş səhmlərin
bir hissəsinin geri alınması və ləğvedilməsi yolu ilə azaldıla bilər.
4.6. Cəmiyyət öz səhmlərini yenidən sata, səhmdarlar arasındabölüşdürə, yaxud
dövriyyədən çıxarmaq məqsədi ilə onları geri satın alabilər. Geri alınmış
səhmlər bir il ərzində satılmalıdır. Bu müddətərzində həmin səhmlər Ümumi
Yığıncaqda səsvermədə və mənfəətinbölüşdürülməsində nəzərə alınmır.
4.7. Cəmiyyətin səhmdarları səhmlərin yeni emissiyası zamanı onlardaolan
səhmlərin sayına mütənasib yeni emissiya olunan səhmləri birincinövbədə almaq
hüququna malikdirlər.
4.8. Cəmiyyətin əmlakı səhmdarlar (təsisçilər) tərəfindən nizamnaməkapitalına
qoyulmuş, təssərüfat fəaliyyəti nəticəsində əldə edilmişhabelə qanunvericiliyə
uyğun olan digər qaydada əldə edilmiş əmlakdanibarətdir.
4.9. Cəmiyyət öz öhdəlikləri üzrə özünün bütün əmlakı iləcavabdehdir.
4.10. Cəmiyyət öz səhmdarlarının öhdəliklərinə görə cavabdeh deyildir.
4.11.Dövlət cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımır. Cəmiyyət dövlətin
öhdəliklərinə görə məsuliyyət daşımır.
4.12.Cəmiyyət mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada öz işçiləri üçün
əlavə məzuniyyət, qısaldılmış iş günü və digər sosial güzəştlər müəyyən edə
bilər. Cəmiyyət öz işçiləri arasında mükafatlandırmağa yönəldilən təmiz
mənfəətin hissəsini mövcud qanunvericiliyə uyğun şəkildə müəyyən edə bilər.
Maddə 5. Səhmdarların hüquq və vəzifələri
5.1. Cəmiyyətin səhmdarının aşağıdakı hüquqları vardır:
5.1.1. Cəmiyyətin qanunvericiliklə müəyyən edilmiş qaydada idarəedilməsində
iştirak etmək, icra orqanlarına seçmək vəseçilmək;
5.1.2. Cəmiyyətin fəaliyyətinə dair kommersiya sirri təşkil etməyənməlumatı
almaq, onun mühasibat kitabları və digər sənədləri ilə tanışolmaq;
5.1.3. qanunvericiliklə müəyyən edilmiş hallarda Ümumi Yığıncağınçağırılmasını,
Ümumi Yığıncağın gündəliyinə dəyişikliklərin edilməsini,Cəmiyyətin fəaliyyətinin
Təftiş Komissiyası (auditorun) tərəfindənyoxlanılmasını tələb etmək;
5.1.4. səhmdarların Ümumi Yığıncağında səsvermə hüqüqi ilə iştiraketmək və onun
protokolunun surətini tələb etmək;
5.1.5. Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasəncəmiyyətin
xalis mənfəətindən dividend almaq;
5.1.6. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, Cəmiyyətinkreditorlarının
tələbləri və qanunvericiliklə müəyyən edilmiş digərtələbləri yerinə
yetirildikdən sonra Cəmiyyətin yerdə qalan əmlakınınsəhmlərinin sayına mütənasib
olaraq müəyyən hissəsini almaq;
5.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
5.2. Səhmdarlar Cəmiyyətin öhdəliklərinə və borclarına görəyalnız onlara mənsub
səhmlərin dəyəri həddində məsuliyyət daşıyırlar.
5.3. Cəmiyyətin səhmdarı səhmdarların reyestrində ona dairməlumatların
dəyişilməsi barədə reyestrsaxlayıcıya 10 gün ərzindəməlumat verməlidir.
Maddə 6. Səhmdarların Ümumi Yığıncağı
6.1. Cəmiyyətin Ali İdarəetmə Orqanı səhmdarların Ümumi Yığıncağıdır.
6.2. Cəmiyyət ildə bir dəfə səhmdarların illik Ümumi Yığıncağınıkeçirir.
Qanunvericiliklə müəyyən edilmiş hallardasəhmdarların növbədənkanar Ümumi
Yığıncağı keçirilə bilər.
6.3. Səhmdarların Ümumi Yığıncağının keçirilməsi və onun gündəliyihaqqında
yazılı bildiriş yığıncağın çağırılmasına ən azı 45 (qırxbeş) gün qalmış hər bir
səhmdara sifarişli məktubla səhmdarlarınreyestrində göstərilmiş ünvana
göndərilməlidir. Bildiriş və yığıncağıngündəliyi haqqında məlumat Yığıncağının
qərarı ilə müəyyən olunmuşqəzetdə dərc olunmalıdır.
6.4. Səhmdarların Ümumi Yığıncağı qanunvericilikdə nəzərdə tutulmuşyetərsəy
olduqda səlahiyyətli sayılır.
6.5. Səhmdarların Ümumi Yığıncağının müstəsna səlahiyyətinə aşağıdakıməsələlər
daxildir:
6.5.1. Cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarınıdəyişdirmək;
6.5.2. Cəmiyyətin təftiş komissiyasının üzvlərini seçmək və
onlarınsəlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;
6.5.3. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinəvaxtından
əvvəl xitam vermək;
6.5.4. Cəmiyyətin illik hesabatlarını, mühasibat balanslarını, mənfəətvə zərər
hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək;
6.5.5. Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbuletmək.
6.6. Aşağıdakı məsələlər barədə qərarlar səhmdarların ÜmumiYığıncağında iştirak
edən səhmdarların 3/4 səs çoxluğu ilə qəbul edilir.
- Cəmiyyətin nizamnaməsinə dəyişiklik və əlavələrinedilməsi;
- Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqındaqərar.
Digər məsələlər üzrə qərarlar səhmdarların Ümumi Yığıncağında iştirakedən
səhmdarların adı səs çoxluğu ilə qəbul edilir.
Maddə 7. Cəmiyyətin İdarə Heyyəti
7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır və səhmdarlarınÜmumi
Yığıncaqları arasındakı dövrlərdə Cəmiyyətin fəaliyyətinə carirəhbərliyi həyata
keçirir, səhmdarların Ümumi Yığıncağına hesabat verir.
7.2. Cəmiyyətin nizamnaməsi ilə Cəmiyyətin səhmdarlarının ÜmumiYığıncağının
müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərinhəlli cəmiyyətin İdarə
Heyətinin səlahiyyətinə aiddir.
7.3. Cəmiyyətin İdarə Heyyəti səhmdarların Ümumi Yığıncağınınkeçirilməsini və
onun qərarlarının həyata keçirilməsini təşkil edir.
7.4. Cəmiyyətin İdarə Heyyəti 3 (üç) fiziki şəxsdən ibarətdir.
7.5. İdarə Heyətinin üzvü Cəmiyyətin Təftiş Komissiyasının üzvü olabilməz.
7.6. İdarə Heyətinin üzvləri səhmdarların ümumi yığıncağı tərəfindən 3(üç) il
müddətinə seçilir.
7.7. İdarə Heyətinin rəhbərlik İdarə Heyətinin sədri tərəfindən həyatakeçirilir.
7.8. İdarə Heyətinin sədri:
- Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyatakeçirir;
- Cəmiyyətdə əməyin təşkili və təhlükəsizliyi üçünşərait yaradır və bu işin
təşkilinə görə müəyyən edilmiş qaydadaməsuliyyət daşıyır;
- Cəmiyyətin strukturu və ştat vahidləri haqqındatəkliflər hazırlayır və
səhmdarların Ümumi Yığıncağına təqdimedir;
- Səhmdarların Ümumi Yığıncaqlarında İdarə Heyətinitəmsil edir;
- Cəmiyətin adından etibarnaməsiz fəaliyyətgöstərir, onun mənafelərini
müəssisələrdə, idarələrdə və təşkilatlardatəmsil edir;
- əmək müqavilələrinə uyğun olaraq İdarə Heyətiüzvləri arasında vəzifə bölgüsü
aparır;
- müqavilələr o cümlədən işçilərlə əmək müqavilələribağlayır və yaxud onlara
xitam verir, etibarnamələr verir, banklardahesablaşma hesabı və digər hesablar
açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, daxiliintizam qaydalarını
müəyyən edir.
7.9. İdarə Heyətinin sədri yerində olmayanda və ya vəzifəsinin
yerinəyetirilməsinə mane olan hallar meydana çıxanda, yaxud vəzifəsini bundan
sonra yerinə yetirə bilmədikdə onun səlahiyyətlərini müavini (müavini varsa),
yaxud səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq səlahiyyətlər verilmiş
Heyyət üzvlərindən biri həyatakeçirir.
7.10. Cəmiyyətin İdarə Heyəti lotereya fəaliyyətini təkmilləşdirmək, əhalinin
rifah halını daha da yaxşılaşdırmaq, keçirilən lotereya oyunlarına marağı və
lotereya biletlərinin satış həcmini artırmaq məqsədi ilə, maliyyə vəsaitlərini
həvəsləndirici lotereya oyunlarının keçirilməsinə və digər stimullaşdırıcı
tədbirlərə yönəldə bilər.
Maddə 8. Cəmiyyətin Təftiş Komissiyası və Auditoru
8.1.Cəmiyyətin təsərrüfat-maliyyə fəaliyyətinə nəzarəti və onuntəftişini həyata
keçirmək məqsədilə Təftiş komissiyası yaradılır.
8.2. Cəmiyyətin Təftiş Komissiyası 3(üç) fiziki şəxsdən ibarətdir.
8.3.Təftiş Komissiyasının üzvü Cəmiyyətin İdarə Heyətinin üzvü vəsəhmdarı ola
bilməz.
8.4. Təftiş Komissiyasının üzvləri səhmdarların ÜmumiYığıncağında 3 il müddətinə
seçilir.
8.5. Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinintəftişini
təsərrüfat ili başa çatdıqda, Ümumi Yığıncağın, Cəmiyyətinsəhmlərinin ən azı 10
faizinə sahib olan səhmdarların və İdarəHeyətinin tələbi ilə həyata keçirilir.
8.6. Təftiş Komissiyası Səhmdarların Yığıncağlarına ən azı 10 (on) günqalmış
illik yoxlamaların nəticələri haqqında hesabatı İdarə Heyətinətəqdim edir.
Hesabat Bu Nizamnamənin 8-ci Maddəsi əsasında müəyyənedilmiş maliyyə hesabatı və
mühasibat uçotunun aparılması üsullarına vəqaydalarına uyğun olaraq tərtib
edilir.
8.7. Təftiş Komissiyasına tələb olunan bütün məlumatlar və sənədlərvaxtında
təqdim olunmalıdır.
8.8. Təftiş Komissiyasının rəyi olmadan Səhmdarların Ümumi Yığıncağıillik
balansı təsdiq edə bilməz.
8.9. Cəmiyyət illik maliyyə hesabatının yoxlanılması üçün əmlakmənafeləri ilə
Cəmiyyətə və ya onun səhmdarlarına bağlı olmayan peşəkarauditoru cəlb edir.
8.10. Auditor yoxlanılmalı olan təsərrüfat ilinin sonunadəkSəhmdarların Ümumi
Yığıncağı tərəfindən seçilir.
8.11. Cəmiyyətin səhmlərinin ən azı 10 faizinə sahib olan səhmdarlarıntələbi ilə
Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışı keçirilir.
Maddə 9. Cəmiyyətdə uçot və hesabatlar
9.1 Cəmiyyətin balansı, mənfəət və zərərlər hesabatı manatla tərtibedilir.
9.2 Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatından keçdiyigündən
başlayır və cari ilin dekabr ayının 31-də qurtarır. Sonrakımaliyyə illəri
yanvarın 1-dən başlayır və dekabrın 31-də qurtarır.
9.3 Balans, mənfəət və zərərlər hesabatı, habelə hesabata aid olandigər maliyyə
sənədləri mövcud qanunvericiliyə uyğun olaraq tərtibedilir.
9.4 Cəmiyyətin yerləşdiyi ünvanda tam sənədləşdirmə aparılır, ocümlədən:
- sonrakı dəyişikliklər və əlavələrləbirlikdə
Cəmiyyətin təsis sənədləri,Cəmiyyətdə daxili münasibətləri tənzimləyən normativ
sənədləri;
Cəmiyyətin özünün və həmçininqanunvericiliyə uyğun olaraq səlahiyyətli
orqanlarının apardığıtəftişləri təmin edən bütün mühasibat sənədləri;
mövcud qanunvericiliyə uyğunolaraq səhmdarların reyestrini;
səhmdarların ÜmumiYığıncaqlarının və Təftiş Komissiyasının iclaslarının
protokollarını;
Cəmiyyəti təmsil etmək üçünetibarnaməsi olan şəxslərin siyahısını;
Cəmiyyətin İdarə Heyətininüzvlərinin siyahısını.
Səhmdarlar və onların nümayəndələri bütün bu sənədlərlə işgünü ərzində tanış ola
bilərlər.
Kommersiya sirrlərinə aid olan sənədlər istisna olmaqla, səhmdarlarıngöstərilən
sənədlərin surətini çıxarmaq hüquqları vardır.
Cəmiyyətin illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün
səhmdarların Ümumi Yığıncağı tərəfindən təsdiq edildikdən sonra 30 (otuz) gün
ərzində dərc edir.
Maddə 10. Cəmiyyətin ləğvi və yenidən təşkili
10.1 Cəmiyyət aşağıdakı hallarda ləğv oluna bilər:
- Azərbaycan Respublikasının Prezidentinin fərmanıilə;
- iflas elan olunduqda;
- Azərbaycan Respublikasının qanunvericiliyindənəzərdə tutulmuş hallarda
məhkəmənin qərarı ilə.
10.2. Cəmiyyət ləğv edilərkən (məhkəmənin qərarı ilə ləğv etmə istisna olmaqla)
İdarə Heyəti ləğv etmə komissiyası yaradır, ləğvetmənin aparılma qaydasını və
müddətini təyin edir, kreditorlar üçün ləğvetmə elan olunandan 2 (iki) aydan az
və 3 (üç) aydan çox olmamaq şərti ilə iddia vermək müddətini müəyyənləşdirir.
10.3. Ləğvetmə komissiyası ləğvetməni aparır, aralıq ləğvetmə balansı tərtib
edir və İdarə Heyətinə təqdim edir. Təyin edildiyi andan Cəmiyyətin işlərini
idarə etmək səlahiyyətləri ona keçir. Komissiya yarandığı vaxtdan Cəmiyyətin
yerləşdiyi ərazidə rəsmi mətbuatda onun ləğv edilməsi, kreditorların iddia
ərizəsinin verilmə qaydası və müddəti haqqında elan dərc edir. Ləğvetmə
komissiyası Cəmiyyətin debitor borclarının alınması və kreditorların
iddialarının ödənilməsi üzrə işləri təşkil edir.
10.4 Cəmiyyətin pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli
olmadıqda ləğvetmə komissiyası kreditorlarla hesblaşmalarıAzərbaycan
Respublikasının Mülki Məcəlləsi və mövcud normativ hüquqiaktları ilə müəyyən
edilmiş ardıcılığa və qaydaya əməl etməklə həyata keçirir.
10.5 Cəmiyyətin əmlakı ləğvetmə komissiyası tərəfindən auksiondasatılır. Onun
satışından daxil olan vəsaitlər kreditorlarıniddialarının ödənilməsinə
yönəldilir. Qalan aktivlər qanunvericiliklə müəyyən edilmiş qaydada səhmdarlar
arasında bölüşdürülür.
Əgər vəsait bütün kreditorlar qarşısında öhdəlikləri tam ödəmək üçünçatmazsa,
cəmiyyətin vəsaitləri kreditorlar arasında onlarıniddialarına proporsional
şəkildə qanunla müəyyən edilmiş növbəyə uyğun olaraq bölüşdürülür.
10.6 Cəmiyyət dövlət reyestrindən çıxarıldığı tarixdən ləğv edilmişhesab olunur.
10.7. Cəmiyyət - Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə yenidən
təşkil oluna bilər.
10.8. Cəmiyyətin törəmə və digər bölmələrin ləğvi və yenidəntəşkili (birləşdirilməsi,
bölünməsi, ayrılması,çevrilməsi) mövcudqanunvericiliyə və bu Nizamnaməyə uyğun
olaraq həyata keçirir.
Lotereyaların təşkili və keçirilməsi qaydaları.
1. Ümumi müddəalar.
1.1 Bu Qaydalar “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa,
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli
fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə və “Azərbaycan
Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli 599 nömrəli fərmanına
uyğun olaraq hazırlanmışdır.
1.2 Bu Qaydalar “Azərlotereya” açıq səhmdar cəmiyyəti (bundan sonra - “Azərlotereya”
ASC) tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla)
təşkili və keçirilməsini tənzimləyir.
2. Lotereyanın şərtləri.
2.1 Lotereyanın şərtlərinin təsdiq edilməsi haqqında qərar “Azərlotereya” ASC-nın İdarə heyəti tərəfindən qəbul edilir.
2.2 Lotereyanın şərtlərində aşağıdakı məlumatlar göstərilməlidir:
2.2.1 lotereyanın şərtlərinin təsdiq edilməsi haqqında qərarın tarixi və nömrəsi;
2.2.2 “Azərlotereya” ASC-nın tam adı və olduğu yer;
2.2.3 lotereyanın adı və keçirilmə forması;
2.2.4 lotereyanın keçirilməsi müddəti;
2.2.5 lotereyanın keçirildiyi ərazi;
2.2.6 lotereyanın uduş fonduna daxil olan uduşların adları, hər uduş adı üzrə sayı, habelə qeyri-pul uduşlarının hər birinin qiyməti; uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə minimal faiz nisbəti;
2.2.7 uduş fondunun oynanılması qaydası;
2.2.8 uduş fondunun oynanılması tarixi(ləri) haqqında məlumat;
2.2.9 lotereya biletinin nümunəsi;
2.2.10 lotereya biletlərinin sayı və nömrələri (uduş fondunun məbləği satılmış
lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edilən lotereyalarda
istifadə olunan lotereya biletləri istisna olmaqla);
2.2.11 bir lotereya biletinin və ya bir oyun variantının qiyməti;
2.2.12 uduşlu lotereya biletlərinin “Azərlotereya” ASC tərəfindən qəbulu və
uduşların ödənilməsi müddəti və qaydası.
2.3 Məqsədli lotereyanın şərtlərində bu Qaydaların 2.2-ci bəndində göstərilən
məlumatlardan əlavə lotereyanın keçirilməsi barədə qərarın tarixi, onu qəbul
etmiş dövlət orqanının adı və maliyyələşdirilən layihə haqqında məlumat
göstərilməlidir.
2.4 “Azərlotereya” ASC mövcud qanunvericiliyə zidd olmayan digər məlumatları da
lotereyanın şərtlərinə daxil edə bilər.
2.5 “Azərlotereya” ASC lotereya iştirakçısının tələbi ilə lotereyanın şərtlərini
ona təqdim etməlidir.
2.6 Lotereyanın şərtləri “Azərlotereya” ASC-nın İdarə heyətinin sədri (və ya onu
əvəz edən şəxs) tərəfindən imzalanmalı və “Azərlotereya” ASC-nın möhürü ilə
möhürlənməlidir.
2.7 “Azərlotereya” ASC lotereyanın şərtlərini yalnız lotereya qeydiyyata
alındıqdan sonra, lotereya biletlərinin satışı başlanana qədər kütləvi
informasiya vasitələri ilə elan etməlidir.
3. Lotereya biletlərinin hazırlanmasına və rekvizitlərinə dair tələblər.
3.1 Lotereya biletində aşağıdakı məlumatlar göstərilməlidir:
3.1.1 “Azərlotereya” ASC-nın tam adı və olduğu yer;
3.1.2 lotereyanın adı və keçirilmə forması;
3.1.3 lotereya biletinin nömrəsi və seriyası (olduqda);
3.1.4 tirajın nömrəsi və həmin tirajın uduş fondunun oynanılması tarixi (tirajlı lotereyalar üçün);
3.1.5 lotereyanın uduş fonduna daxil olan uduşların adları, hər uduş adı üzrə sayı, habelə qeyri-pul uduşlarının hər birinin qiyməti; uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti;
3.1.6 uduş fondunun oynanılması qaydası;
3.1.7 uduşlu lotereya biletlərinin “Azərlotereya” ASC tərəfindən qəbulu və uduşların ödənilməsi müddəti və qaydası;
3.1.8 lotereyanın qeydiyyat tarixi və nömrəsi;
3.1.9 lotereya biletinin və ya bir oyun variantının qiyməti;
3.1.10 lotereya biletini çap etmiş hüquqi şəxsin adı, ona verilmiş bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi.
3.2 “Azərlotereya” ASC mövcud qanunvericiliyə zidd olmayan digər məlumatları da lotereya biletinə daxil edə bilər.
3.3 Lotereya biletlərində olan məlumatlar onların istifadə edildiyi lotereyanın şərtlərində göstərilən məlumatlarla eyni olmalıdır.
3.4 Lotereya biletləri bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığa (lisenziyaya) sahib olan hüquqi şəxslər tərəfindən hazırlanmalıdır.
4. Lotereyanın uduş fondu.
4.1 Lotereyanın uduş fondu “Azərlotereya” ASC-nın yalnız lotereya iştirakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə istifadə oluna bilər.
4.2 Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış formalaşdırılmalıdır.
4.3 Tirajlı lotereyanın uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə buraxılmış, uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox ola bilməz.
4.4 Ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox olmamalıdır.
4.5 Tirajlı lotereyanın uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə, bir tirajın uduş fondunun oynanılmamış hissəsi lotereyanın şərtlərində göstərildiyi qaydada növbəti tirajda oynanıla bilər.
4.6 Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya biletləri iştirak edir.
5. Lotereyanın qeydiyyatı.
5.1 Lotereyanın qeydiyyata alınması üçün “Azərlotereya” ASC lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - QKDK) aşağıdakı sənədləri təqdim etməlidir:
5.1.1 lotereyanın qeydiyyata alınması üçün ərizəni. Ərizədə “Azərlotereya” ASC-nın tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması göstərilməlidir;
5.1.2 lotereyanın şərtlərini;
5.1.3 lotereyada istifadə olunacaq lotereya biletinin nümunəsini;
5.1.4 “Azərlotereya” ASC-nın dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini;
5.1.5 “Azərlotereya” ASC-nın vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surətini.
5.2 Bu Qaydaların 5.1.4-cü və 5.1.5-ci bəndlərində göstərilən sənədlərin surəti “Azərlotereya” ASC tərəfindən keçirilən sonrakı lotereyaların qeydiyyata alınması üçün tələb olunmur.
5.3 QKDK lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə təqdim olunmuş digər sənədlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılmasını, onlar təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü müddətində “Azərlotereya” ASC-dən tələb edə bilər.
5.4 Bu Qaydaların 5.1-ci bəndində göstərilən sənədlər QKDK-ya təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə qərar qəbul edib, bu barədə “Azərlotereya” ASC-yə məlumat təqdim etməlidir.
5.5 QKDK aşağıdakı əsaslarla lotereyanın qeydiyyata alınmasından imtina edə bilər:
5.5.1 bu Qaydaların 5.1-ci bəndində göstərilən sənədlər QKDK-ya tam şəkildə təqdim edilmədikdə;
5.5.2 QKDK-ya təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyin tələblərinə cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə.
5.6 “Azərlotereya” ASC lotereyanın qeydiyyata alınmasından imtina barədə qərardan məhkəmə qaydasında şıkayət verə bilər.
5.7 Qeydiyyata alınmamış lotereyaların keçirilməsinə və reklamına yol verilmir.
6. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi.
6.1 Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar “Azərlotereya” ASC-nın İdarə heyəti (və ya onu əvəz edən şəxs) tərəfindən qəbul edilir.
6.2 Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi üçün “Azərlotereya” ASC QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:
6.2.1 lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi üçün ərizəni. Ərizədə “Azərlotereya” ASC-nın tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi haqqında qərarın tarixi və nömrəsi, habelə həmin əlavə və (və ya) dəyişikliklərin qüvvəyə minməsi tarixi göstərilməlidir;
6.2.2 “Azərlotereya” ASC-nın İdarə heyətinin sədri (və ya onu əvəz edən şəxs) tərəfindən imzalanmış və “Azərlotereya” ASC-nın möhürü ilə təsdiq edilmiş lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklərin mətnini;
6.2.3 lotereya şərtlərinin yeni redaksiyasını.
6.3 Bu Qaydaların 6.2-ci bəndində göstərilən sənədlər QKDK-ya təqdim edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq o, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edib, bu barədə “Azərlotereya” ASC-yə məlumat təqdim etməlidir.
6.4 QKDK lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı əsaslarla imtina edə bilər:
6.4.1 bu Qaydaların 6.2-ci bəndində göstərilən sənədlər QKDK-ya tam şəkildə təqdim edilmədikdə;
6.4.2 QKDK-ya təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasını dəyişən, satışa buraxılmış lotereya biletlərinin iştirak etdiyi tirajın və ya ani lotereyanın uduş fondunun tərkibini dəyişən, satışa buraxılmış lotereya biletlərinin iştirak etdiyi tirajın və ya ani lotereyanın uduş fondunun həcmini azaldan, habelə natamam və ya qeyri-dürüst müddəalar daxil edildikdə.
6.5 Tirajlı lotereyanın şərtlərinə əlavələr və (və ya) dəyişikliklər, onların aid olduğu tirajın uduş fondunun oynanılmasına azı 10 (on) iş günü qalana qədər edilə bilər.
6.6 “Azərlotereya” ASC lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişiklikləri onların aid olduğu tirajın uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış kütləvi informasiya vasitələri ilə elan etməlidir.
7. Tiraj komissiyası.
7.1 Tirajlı lotereyalarda uduş fondunun oynanılmasına nəzarəti həyata keçirən
tiraj komissiyası “Azərlotereya” ASC tərəfindən yaradılır.
7.2 Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır.
7.3 “Azərlotereya” ASC tiraj komissiyasının ən azı bir üzvünü kütləvi informasiya vasitələrinin və ya ictimai təşkilatların nümayəndələrindən təyin edir.
7.4 “Azərlotereya” ASC-nın vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər) tiraj komissiyasının üzvləri ola bilməzlər.
7.5 “Azərlotereya” ASC uduş fondunun oynanılmasına azı 3 (üç) iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında aşağıdakı məlumatı QKDK-ya təqdim etməlidir:
7.5.1 lotereyanın adı və növü;
7.5.2 tirajın nömrəsi və həmin tirajın uduş fondunun oynanılması tarixi;
7.5.3 tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və işlədiyi yer.
7.6 Tiraj komissiyası qanunvericiliyin tələbləri pozulmaqla yaradıldıqda, QKDK tiraj komissiyasının tərkibinə dəyişikliklərin edilməsi barədə “Azərlotereya” ASC-yə icrası məcburi olan göstəriş verir.
7.7 Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.
7.8 Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.
7.9 Tirajlı lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur.
7.10 Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə bu, uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edilir. Tiraj komissiyası aşkar olunmuş pozuntular barədə 3 (üç) iş günü ərzində QKDK-ya və lotereya təşkilatçısına məlumat verməlidir.
8. Uduşlu lotereya biletlərinin qəbulu və uduşların verilməsi (ödənilməsi).
8.1 “Azərlotereya” ASC tirajlı lotereyada uduş fondunun oynanılması tarixindən etibarən 5 (beş) iş günündən gec olmayaraq oynanılmış uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumatı kütləvi informasiya vasitələri ilə elan etməlidir.
8.2 “Azərlotereya” ASC uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərini lotereyanın şərtlərində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir.
8.3 Tirajlı lotereyada uduşlu lotereya biletlərinin “Azərlotereya” ASC tərəfindən qəbulu müddəti həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
8.4 Ani lotereyada uduşlu lotereya biletlərinin “Azərlotereya” ASC tərəfindən qəbulu lotereya başlandığı tarixdən başlamalı və lotereya başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam etməlidir. Ani lotereyanın başa çatması barədə məlumatın “Azərlotereya” ASC tərəfindən elan edildiyi tarix ani lotereyanın başa çatdığı tarix hesab olunur.
8.5 Uduş “Azərlotereya” ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi
tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidlir).
8.6 Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilir.
8.7 Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldıqda, lotereyanın təşkilatçısı QKDK tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırmalıdır.
9. Uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi
9.1 Tirajlı lotereyada tiraj üzrə satılmamış lotereya biletləri həmin tirajın
uduş fondunun oynanılmasına azı 2 (iki) saat qalmış “Azərlotereya” ASC tərəfindən satıcılardan geri alınmalıdır. Bu müddət bitdikdən sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunurlar.
9.2 Uduşu ödənilmiş lotereya biletləri “Azərlotereya” ASC tərəfindən 3 (üç) il ərzində saxlanmalıdır.
9.3 Satılmamış lotereya biletləri və saxlanma müddəti başa çatmış uduşlu lotereya biletləri “Azərlotereya” ASC-nın yaratdığı ləğvetmə komissiya tərəfindən məhv edilir.
9.4 Lotereya biletlərinin məhv edilməsi onların tamlığını pozan, təyinatı üzrə istifadəsini və eyniləşdirilməsini qeyri-mümkün edən üsullarla (lotereya biletlərinin yandırılması və s.) həyata keçirilir.
9.5 Ləğvetmə komissiyası üzvlərinin sayı 3 (üç) nəfərdən az olmamaq şərti ilə tək saylı olmalıdır.
9.6 Lotereya biletlərinin məhv edilməsinin nəticələrinə görə ləğvetmə komissiyası tərəfindən akt tərtib edilməlidir. Lotereya biletlərinin məhv edilməsi haqqında aktda aşağıdakılar göstərilməlidir:
9.6.1 “Azərlotereya” ASC-nın tam adı;
9.6.2 məhv edilən lotereya biletlərinin istifadə edildiyi lotereyanın adı, növü, qeydiyyat tarixi və qeydiyyat nömrəsi;
9.6.3 lotereya biletlərinin məhv edilməsi tarixi və yeri;
9.6.4 ləğvetmə komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və işlədiyi yer;
9.6.5 tirajın nömrəsi və həmin tiraj üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);
9.6.6 tirajın nömrəsi və həmin tiraj üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);
9.6.7 ani lotereya üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı;
9.6.8 ani lotereya üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı;
9.6.9 lotereya biletlərinin məhv edilməsi üsulu.
9.7 Lotereya biletlərinin məhv edilməsi haqqında akt hər lotereya üzrə ayrıca tərtib olunur.
9.8 Lotereya biletlərinin məhv edilməsi haqqında aktın hər səhifəsi ləğvetmə komissiyasının üzvləri tərəfindən imzalanır. Ləğvetmə komissiyasının üzvü aktı imzalamaqdan imtina etdikdə, bunun səbəblərini aktda göstərməlidir.
9.9 Aktın tərtib edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq, onun bir nüsxəsi “Azərlotereya” ASC tərəfindən QKDK-ya təqdim olunmalıdır.
9.10 Tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatanadək həmin tiraj üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.
9.11 Ani lotereyada uduşların verilməsi müddəti başa çatanadək həmin lotereya üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.
10. Lotereyaların təşkili və keçirilməsi ilə bağlı hesabatların QKDK-ya təqdim edilməsi.
10.1 “Azərlotereya” ASC aşağıdakıları QKDK-ya təqdim etməlidir:
10.1.1 tirajlı lotereyada (“Azərlotereya” ASC-nın filialları vasitəsilə keçirilən tirajlı lotereyalar istisna olmaqla) tirajın uduş fondunun oynanılmasına azı 1 (bir) saat qalmış - həmin tirajın lotereya biletləri haqqında hesabatı;
10.1.2 tirajlı lotereyada (“Azərlotereya” ASC-nın filialları vasitəsilə keçirilən tirajlı lotereyalar istisna olmaqla) tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq - tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında hesabatı və uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsini;
10.1.3 ani lotereyanın keçirilməsi və həmin lotereyada uduşların ödənilməsi müddəti ərzində hər təqvim ayı bitdiyi tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq - ani lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatı;
10.1.4 “Azərlotereya” ASC-nın filialı vasitəsilə keçirilən tirajlı lotereyanın keçirilməsi müddəti ərzində hər təqvim ayı bitdiyi tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq – həmin filial vasitəsilə keçirilən tirajlı lotereya haqqında hesabatı.
10.2 Tirajın lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
10.2.1 “Azərlotereya” ASC-nın tam adı;
10.2.2 lotereyanın adı, növü və tirajın nömrəsi;
10.2.3 tirajın uduş fondunun oynanılması tarixi;
10.2.4 uduş fondunun oynanılmasında iştirak edən lotereya biletlərinin sayı;
10.2.5 uduş fondunun oynanılmasında iştirak etməyən lotereya biletlərinin sayı və nömrələnməsi;
10.2.6 tirajın uduş fonduna daxil olan qeyri-pul uduşlarının hər birinin adı, qiyməti, habelə pul uduşlarının məbləği.
10.3 Tirajın uduş fondunun oynanılması haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
10.3.1 “Azərlotereya” ASC-nın tam adı;
10.3.2 lotereyanın adı, növü və tirajın sıra nömrəsi;
10.3.3 tirajın uduş fondunun oynanılması tarixi;
10.3.4 lotereya biletlərinin uduşlu olmasını müəyyən etmək imkanı verən ardıcıl göstəricilər (uduş fondunun oynanılması bir neçə mərhələdən ibarət olduqda, hər mərhələ üçün ayrı-ayrılıqda göstərilir);
10.3.5 tiraj üzrə uduşlu lotereya biletlərinin nömrələri (seriyaları) və onların hər birinə düşən uduş(lar).
10.4 Ani lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
10.4.1 “Azərlotereya” ASC-nın tam adı;
10.4.2 lotereyanın adı və növü;
10.4.3 hesabat ayı;
10.4.4 hesabat ayı ərzində uduşu verilmiş (ödənilmiş) lotereya biletlərinin nömrələri (seriyaları) və onların hər biri üzrə verilmiş (ödənilmiş) uduş;
10.4.5 satılmamış lotereya biletlərinin nömrələri (seriyaları) – ani lotereya üzrə sonuncu hesabatda göstərilir.
10.5 “Azərlotereya” ASC-nın filialı vasitəsilə keçirilən tirajlı lotereya haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
10.5.1 filialın adı;
10.5.2 lotereyanın adı və növü;
10.5.3 hesabat ayı;
10.5.4 hesabat ayı ərzində keçirilmiş uduş fondu oynanılmalarının tarixləri, tirajların nömrələri, hər tirajda oynanılmış uduş fondu və lotereya biletlərinin uduşlu olmasını müəyyən etmək imkanı verən ardıcıl göstəricilər (uduş fondunun oynanılması bir neçə mərhələdən ibarət olduqda, hər mərhələ üçün ayrı-ayrılıqda göstərilir);
10.5.5 hesabat ayı ərzində keçirilmiş hər uduş fondu oynanılmasının nəticələrinə görə uduşlu lotereya biletlərinin nömrələri (seriyaları) və onların hər birinə düşən uduş(lar).
10.6 Bu Qaydaların 10-cu bəndində göstərilən hesabatlar “Azərlotereya” ASC-nın İdarə heyətinin rəhbəri (və ya onu əvəz edən şəxs) tərəfindən imzalanmalı və “Azərlotereya” ASC-nın möhürü ilə təsdiq edilməlidir.
11. Lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi.
11.1 Lotereyalar haqqında qanunvericiliyin tələblərinin və ya lotereyanın şərtlərinin “Azərlotereya” ASC tərəfindən pozulması aşkar edildikdə, QKDK həmin pozuntuların aradan qaldırılması üçün “Azərlotereya” ASC-yə xəbərdarlıq edə bilər və ya lotereyanın dayandırılması barədə qərar qəbul edə bilər.
11.2 “Azərlotereya” ASC xəbərdarlıq və ya lotereyanın dayandırılması barədə bildiriş aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə QKDK-ya məlumat verməlidir.
11.3 QKDK pozuntuların aradan qaldırılması barədə “Azərlotereya” ASC-dan məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın bərpa edilməsi və ya aradan qaldırılmamış pozuntular göstərilməklə, lotereyanın dayandırılmasının qüvvədə saxlanılması barədə “Azərlotereya” ASC-yə yazılı bildiriş göndərir.
11.4 “Azərlotereya” ASC aşkar olunmuş pozuntuları bu Qaydaların 11.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda və ya onların aradan qaldırılması barədə məlumatı təqdim etmədikdə, QKDK lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldıra bilər.
11.5 QKDK aşağıdakı əsaslarla lotereyanın keçirilməsinə xitam verə bilər:
11.5.1 “Azərlotereya” ASC lotereyanın keçirilməsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdikdə;
11.5.2 “Azərlotereya” ASC ləğv edildikdə;
11.5.3 məhkəmənin qərarı olduqda.
11.6 “Azərlotereya” ASC lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı kütləvi informasiya vasitələri ilə dərhal elan etməlidir.
11.7 Lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə “Azərlotereya” ASC tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:
11.7.1 “Azərlotereya” ASC-nın tam adı;
11.7.2 lotereyanın adı və növü;
11.7.3 lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən orqanın adı;
11.7.4 lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;
11.7.5 keçirilməsi baş tutmamış tirajın nömrəsi və onun uduş fondunun oynanılması nəzərdə tutulduğu tarix (tirajlı lotereyalar üçün);
11.7.6 uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılması və ödənilməsi müddəti;
11.7.7 uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasının və ödənilməsinin həyata keçirildiyi yerlərin ünvanları və mövcud
olan digər əlaqə məlumatları.
11.8 Uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin “Azərlotereya” ASC tərəfindən yığılması müddəti bu Qaydaların 11.7-ci bəndində göstərilən elan dərc edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
11.9 Uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletləri “Azərlotereya” ASC qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq ödənilməlidir.
11.10 “Azərlotereya” ASC lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında məhkəmə qərarının qəbul edilməsi barədə bildiriş aldıqda, lotereyanın uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasını və onların dəyərini lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir.
11.11 Lotereyanın dayandırılması və ya ona xitam verilməsi “Azərlotereya” ASC-nı
oynanılmış uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
12. Məsuliyyət.
Bu Qaydaların müddəalarına riayət etməyən şəxslər mövcud qanunvericiliyə uyğun olaraq məsulliyyət daşıyırlar.
13. Qüvvəyə minməsi.
Bu Qaydalar imzalandığı tarixdən qüvvəyə minir.
