“Taleh Açarı” tirajlı lotereyasının şərtləri

  1. “Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən keçirilən “Taleh Açarı” tirajlı lotereyasının uduş oynanılmaları 02 aprel 2010-cu il tarixindən 31 dekabr 2010-cu il tarixinədək hər ayın cümə günləri canlı yayımlanacaq.
    “Taleh Açarı” tirajlı lotereyasının lotereya biletlərinin satışa buraxılma tarixi: 19 aprel 2010-cu il.
  2. “Azərlotereya” açıq səhmdar cəmiyyəti haqqında məlumat:
    - Olduğu yer: AZ1000, Baki şəhəri, Bül-Bül pr., 19
    - VÖEN: 1300053151
    - Rəsmi internet-səhifəsi: www.azerlotereya.com, www.talehacari.az.
    - Əlaqə telefonları: (+99412) 404 44 04, faks: (+99412) 493 97 93
  3. Lotereya biletinin qiyməti 2 (iki) manat. Lotereya biletlərinin satışı “Akkord İnşaat Sənaye” ASC-nin xüsusi yaradılmış satış məntəqələrində həyata keçirilir.
  4. Uduş fondunun oynanılması qaydası:
    Oyunda 0-dan 9-dək nömrələnmiş şarlar (və ya çəlləklər) istifadə olunur. Şarlar (və ya çəlləklər) xüsusi lototrona (və ya torbaya) yerləşdirilir, qarışdırılır və bundan sonra bir-bir ardıcıllıqla çıxardılır.
    Oyunun mahiyyəti lototrondan (və ya torbadan) çıxmış şarların (və ya çəlləklərin) nömrələrinin lotereya biletində əks olunmuş oyun rəqəmləri ilə üst-üstə düşməsindən ibarətdir.
    Lotereya bileti 7 (yeddi) rəqəm əks olunmuş bir oyun zonasından ibarətdir.
    Lotereya biletinin oyun zonasının üzərində əks olunmuş rəqəmlər oyun zamanı həmin ardıcıllıqda çıxan 7 (yeddi) rəqəmlə üst-üstə düşərsə, həmin bilet Bakı şəhərində ən azı bir ədəd 2 (iki) otaqlı mənzil udur.
    Bir biletə birdən artıq uduş düşdükdə, uduşlardan miqdarca böyük olan uduş ödənilir.
    Tiraj üzrə bütün buraxılmış biletlər unikaldır və heç bir bilet təkrarlanmır.
    Uduş fondunun daha optimal bölünməsi və lotereya iştirakçılarının həvəsləndirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə müəyyən dəyişikliklər edilə bilər.
    Hər tirajın uduş fondunun məbləği həmin tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin ən azı 50%-indən az 80%-indən çox ola bilməz.
    Lotereyanın əsas oyunu bitdikdən sonra uduş fondunun udulmayan hissəsi lotereya biletinin oyun zonasının üzərində əks olunmuş rəqəmlərin oyun zamanı həmin ardıcıllıqda çıxan 7 (yeddi) rəqəmlə üst-üstə düşməsi qaydası ilə uduş fondu bitənədək davam edilir. Bu turda uduşlar 1, 2 və ya 3 otaqlı mənzillərdən ibarət ola bilər.
  5. Əşya uduşları pul ekvivalenti ilə əvəz olunmur.
  6. Əsas oyuna əlavə olaraq həvəsləndirici tur keçirilir. Belə ki, əsas oyun başa çatdıqdan sonra 0-dan 9-dək nömrələnmiş şarların (və ya çəlləklərin) lototrondan (və ya torbadan) çıxarılması ilə müəyyən edilmiş 2 (iki) rəqəm lotereya biletinin seriya nömrəsinin son iki rəqəmi ilə uyğun gələrsə, bilet 1 (bir) ədəd “Taleh Açarı” lotereya biletini udur. Bu həvəsləndirici tur (uduş fondundan asılı olaraq) bir neçə dəfə təkrarlana bilər.
  7. Hər yenilik və əlavələr haqqında KİV-lə əhaliyə əvvəlcədən məlumat veriləcək.
  8. Tirajın nəticələri haqqında məlumat uduşların oynanılmasından sonrakı gün www.talehacari.az saytında yerləşdirilir.
  9. Uduşlu lotereya biletlərinin qəbulu və uduşların verilməsi həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq başlayır və 90 (doxsan) iş günü ərzində davam edir. 10 (on) manatadək məbləğdə olan uduşlar (“Taleh Açarı” lotereya biletləri) “Akkord İnşaat Sənaye” ASC-nin lotereya biletlərinin satış məntəqələri tərəfindən verilir. Mənzil uduşları Bakı şəhəri, Bül-Bül prospekti, 19 ünvanında "Azərlotereya" ASC tərəfindən verilir.
  10. Lotereya Azərbaycan Respublikasının ərazisini əhatə edir.